Gəncədə iki “VAZ” markalı avtomobil toquşub, xəsarət alanlar var

Gəncədə iki “VAZ” markalı avtomobil toquşub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” ilə “VAZ 21011” markalı minik avtomobilləri toquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirlir. Qəza zamanı avtomobilər yararsız hala düşüb.
Hadisə yerinə Təcili Tibbi Yardım Birqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə