İnək oğruları ələ keçdi

Cəlilabad inək oğruları saxlanılıb. SİA DİN-ə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də rayon sakini V.Babayevə məxsus yardımıçı təsərrüfatdan 8 baş inək oğurlamaqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş T.Fərzəliyev, S.Abbasov və İ.Sadıqov saxlanılıb.

Ətraflarında apraılmış tədbirlərlə onların iyulun 1-də və 17-də Uzuntəpə kənd sakinləri olan 2 nəfərə məxsus, ümumilikdə 5 baş inəyi oğurlamaları da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə