Türkiyədə azərbaycanlı turistləri daşıyan avtobus aşdı - 14 yaralı

Türkiyədə azərbaycanlı turistləri daşıyan avtobus aşdı - 14 yaralı

Türkiyənin Nevşehir vilayətində azərbaycanlı turistlərin olduğu avtobus aşıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin normal olduğu deyilir.

Hadisə Kappadokiya rayonunda qeydə alınıb. Qəzaya uğrayan avtobusda 18 azərbaycanlı turist olub.

Bütün xəbərlər Facebook səhifəmizdə