Arı 66 yaşlı kişini öldürdü

Gəncə sakini arı sancması nəticəsində həyatını itirib.

SİA-nın Gəncə müxbirinin verdiyi məlumata görə, 1953-cü il təvəllüdlü Şıxı Nəriman oğlu Hüseynovu arı sancıb. Təxminən 10 dəqiqə sonra halı halı pisləşən kişi həyatını itirib.

İlkin məlumatlara görə, Şıxı Hüseynovun arı zəhərinə qarşı allergiyası olub. Onun ölümünə səbəb də məhz bu amil göstərilir.

Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə