Cənubi Koreyanın şərqində qeyri-sabit hava şəraiti hökm sürür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son bir neçə gün ərzində bölgədə müşahidə olunan şaxtalı və qarlı hava şəraiti nəticəsində bir sıra yerlərdə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb, yüzlərlə yaşayış evi dağıntıya məruz qalıb. Bəzi ərazilərdə qar örtüyünün qalınlığının 1 metrə çatdığı qeyd olunur. Bildirilir ki, xilasetmə işlərinə 12 min insan cəlb olunub.
Analoji hava şəraitinin ərazidə daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. Mövcud vəziyyətlə əlaqədar bölgədə müvafiq tədbirlər görülür.
Eyni zamanda Ukraynada da soyuq hava kütləsi hökm sürür. 20 vilayətdə, o cümlədən ölkənin cənubunda yerləşən Krım Muxtar Respublikasında minlərlə yaşayış məntəqəsi işıqsız qalıb. Avtomobil yollarının buz bağlaması və görüntünün aşağı olması avtomobillərin hərəkətini iflic vəziyyətə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB