Bakıda 55 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib

Bakıda 55 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1964-cü il təvəllüdlü Məcidov Teymur Allahverdi oğlu evdə bıçaqla özünə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə