Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
SİA-nın Gəncə bürosunun məlumatına görə, Xətai prospektində qeydə alınmış avtoqəza zamanı "VAZ 2107" markalı minik maşını 1965-ci il təvəllüdlü Gəncə şəhər sakini Sevda İbadulla qızı Bədəlovanı vurub.
Ağır xəsarətlər alan piyadanın xəstəxanaya çatdırılmasına baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB