Gəncədə avtomobilin vurduğu qadın dünyasını dəyişib

1 Avqust 2019 01:44 (UTC+04:00)

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın Gəncə bürosunun məlumatına görə, Xətai prospektində qeydə alınmış avtoqəza zamanı "VAZ 2107" markalı minik maşını 1965-ci il təvəllüdlü Gəncə şəhər sakini Sevda İbadulla qızı Bədəlovanı vurub.

Ağır xəsarətlər alan piyadanın xəstəxanaya çatdırılmasına baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı istintaq araşdırmaları aparılır.