Göygöl rayonunda avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2107" markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində Həvva İmamverdiyeva, Adil İmamverdiyev və Aytən İmamverdiyeva müxtəlif bədən xəsarətləri alıb.
H.İmamverdiyevanın qolu sınıb. Digərlərinin vəziyyəti isə qənaətbəxş hesab olunur. Qeyd edək ki, qəza zamanı avtomobildə ailənin az yaşlı uşağıda olub, lakin onun xəsarət almadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB