Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları məhv edildi

Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları məhv edildi

Polis əməkdaşları kultivasiya yolu ilə yetişdirilmiş çətənə kollarını aşkarlayaraq götürüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Aşağı Göycəli kənd sakini H.Əzimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 çətənə kolu aşkarlanaraq götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu qəsəbə sakini N.Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 134 çətənə kolu aşkarlanıb.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları isə qəsəbə sakini K.Yusupova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 2 çətənə kolu aşkar edərək götürüblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə