Şəmkirdə mübahisə qanlı insidentlə bitib.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, rayon sakini 1985-ci il təvəllüdlü Namiq Qasımov ürək nahiyəsindən bıçaqlanıb. Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumatlara görə, N.Qasımov hadisəni törədən şəxsi tanıyır. Faktla bağlı Şəmkir rayon Polis İdarəsində araşdırmalara başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB