Tərtərdə yanğın baş verib

Tərtərdə yanğın baş verib. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Hüsənli kəndində həyətyanı sahədə 14 ton ot bağlamasının 8 tonu və hasara quraşdırılan 1 ədəd elektrik sayğacı yanıb. Məlumata görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə