16 cinayətin üstü “isti izlər”lə açılıb

16 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün törədilmiş 16 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, axtarışda olduğuna görə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə