Fevralın 11-i saat 23 radələrində Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsində naməlum şəxs qəsəbə sakini Aynur Əliyevanın mobil telefonunu əlindən alaraq qaçıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Nüsrət Nəsibov fevralın 14-də yaxalanıb.
Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Natiq Nurəliyevdən 33,65 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Yanvarın 9-dan fevralın 2-dək olan müddətdə Mirnağı Seyidova məxsus İ.İsmayılov küçəsində yerləşən mağazadan naməlum şəraitdə 2 ədəd kassa aparatı oğurlanıb. Xətai RPİ 35-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əmircan qəsəbə sakini Nazim Vahidov fevralın 14-də yaxalanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB