Göyçayda maşın yoldan çıxıb yuvarlandı

Göyçayda maşın yoldan çıxıb yuvarlandı

Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.

Bakıdan Göyçay istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq, bir neçə dəfə yuvarlanıb.

Hadisə nəticəsində sürücü, eləcə də avtomobildə olan sərnişin xəsarət alıb. Zərbənin təsirindən avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə