Qəza yerinə 6 təcili tibbi yardım briqadası göndərilib

Qəza yerinə 6 təcili tibbi yardım briqadası göndərilib

Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib. Mikroavtobus yük avtomobili ilə toqquşub. Təcili yardıma çağırış saat 07.42-də daxil olub.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin bildirdiyinə görə yaralılardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə