Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib

İyulun 27-də axşam saatlarında Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Niyazi küçəsində qeydə alınıb. Sumqayıt Şəhər Polis İdarəsindən SİA-ya bildirilib ki, "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Elnarə Əliyevanı vurub. Avtomobil piyadanı vurduqdan sonra ağaclara dəyib.

Xəsarət alan şəhər sakini E.Əliyeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona alın nahiyəsinin deşilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə