Şəkidə 83 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Bideyiz kənd sakini, 1936-cı il təvəllüdlü Əlövsət Şirəli oğlu Həmidov döş qəfəsinin qapalı küt travması, döş qəfəsinun sağ hissəsində 1,2,3,4,5, sol hissəsində isə 6,7,8 və 9-cu qabırğaların sınığı və bel fəqərəsinin sınığı dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı 83 yaşlı Ə.Həmidovun yaşadığı evdə pilləkəndən yıxıldığı məlum olub.
Aparılan tibbi yardımlara baxmayaraq, Ə.Həmidov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB