Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, Zığ şossesində nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə gedən və 1976-cı il təvəllüdlü Cəfərov Eldar Elyaz oğlunun idarə etdiyi motosikletə çırpılıb. E.Cəfərov dəmir arakəsməyə çırpılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun sağ ayağının baldır sümüyü amputasiya edilib. Buna baxmayaraq, E.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
Yol qəzasının təfərrüatları araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB