Dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb

Dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb

Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərdən 2-nin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə