Gəncədə məcburi köçkünlərin məskunlaşdıqları yataqxanada partlayış baş verib - FOTO

Gəncədə məcburi köçkünlərin məskunlaşdıqları yataqxanada partlayış baş verib - FOTO

Gəncə şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada partlayış olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 8.00 radələrində, keçmiş Avtomobil Texnikumunun yataqxnasının 3-cü mərtəbəsində, Səfərov Mühəbbət Şəkər oğlunun məskunlaşdığı mənzildə qeydə alınıb.

 

Partlayışın gücündən yataqxananın pəncərələri yararsız vəziyyətə düşüb. Bundan əlavə qonşu binalar da ziyan görüb. Xoşbəxtlikdən partlayış zamanı xəsarət alan olmayıb.

 

Vətəndaşların sözlərinə görə, hazırda yataqxanada təmir işləri aparılır. Binalara qaz çəkilir. Partlayışa səbəb də qaz sızması ola bilər. Çünki, binadakı qaz xətləri istifadə müddətini çoxdan başa vurub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, mütəxəssislər cəlb olunub. Binaya mavi yanacağın çəkilişi dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə