Polis Akademiyasının rəis müavininin anasının qatilləri həbs olunub
Gəncə şəhərində 7 Fevral 2010-cu il tarixdə, saat 20.45 radələrində qətlə yetirilən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəis müavini Mahir Əhmədovun anasının qatilləri müəyyən edilib.
Gəncə şəhər Polis İdarəsi və Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, aparılan əməliyyat istintaq tədbirləri nəticəsində qətli icra etməkdə şüphəli bilinən Rüstəmova Zəhra Əli qızı, Əsədov Faiq Bəbir oğlu və onunun qardaşı, əvvəllər 4 dəfə məhkum olunmuş İlham Əsədov tutulub.
Dindirilmə zamanı onlar qətli tamah məqsədi ilə etdiklərini, qadını öz boyun şalı ilə boğaraq öldürdüklərini və sonradan evdən 3 ədəd kürk, qızıl-zinət əşyaları, pul, mərhuməyə məxsus geyim əşyaları götürdüklərini etiraf ediblər.
Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 120.2.1, 120.2.5-ci maddələri ilə cinayət işi açılıb.
Qətldə iştirak edən İlham Bəbir oğlu Əsədovun axatarışı istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB