Fevralın 13-ü saat 15 radələrində M.Cəlal küçəsində yaşayan Həmayil Məmmədova yaşadığı binaya girən zaman naməlum şəxs onu bıçaqla hədələyib pul və mobil telefonunu tələb edib. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, H.Məmmədova müqavimət göstərdikdən sonra o, qaçıb. Bakı şəhər BPİ DYPİ, Binəqədi RPİ CAŞ və 7-ci PB-nin əməkdaşlarının səyi nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əkbərov idarə etdiyi "Mersedes" markalı avtomobillə birlikdə Babək prospektikdə yaxalanıb.
Fevralın 13-də Q.Qarayev prospektində yerləşən gözəllik salonunda Şamaxı rayon sakini Aytəkin Rəcəbova Qaraçuxur qəsəbə sakini Sevil Vəliyevaya məxsus mobil telefonu masanın üzərindən götürüb qaçarkən Nizami RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanıb ərazi üzrə 25-ci PB-yə təhvil verilib.
Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəxanı qəsəbə sakinləri Zaur Dünyamalıyev, Tərlan Əhmədov, Rövşən İsmayılov, Rövşən Əliyev, Şükür Qasımov və İsmayıl Əliyev fevralın 13-də yaxalanıblar.
Məlum olub ki, onlar müxtəlif vaxtlarda Kürdəxanı qəsəbəsində Sərdar Qəmbərova və Müşviq Bağbanova məxsus həyətyanı sahədən dəmir darvaza, Canbala Atabalayevin həyətindəki tövlədən isə 4 ədəd iribuynuzlu heyvan oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB