Livanın paytaxtı Beyrutda tekstil məhsullarının sərgi-satışı zamanı ermənilərdən ibarət bir qrup gənc türk biznesmenlərinə hücum edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, münaqişənin baş verməsinə səbəb isə ermənilərin payladığı broşuralar olub. Belə ki, ermənilər sərgiyə qatılan insanlara türklərin ermənilərə, livanlılara, suriyalılar və yunanlara qarşı "soyqırımı" törətdiklərinə dair iddiaların yer aldığı broşuralar paylayıb.
Türklərin bunun qarşısını almaq cəhdi isə dava ilə nəticələnib. Nəticədə 60-dək Livan ermənisi türkləri döyüb. İnsident nəticəsində yaralanmış türk biznesmenlərdən biri xəstəxanaya yerləşdirilib. Polis bir neçə ermənini həbs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB