Sabunçu rayonunda 28 yaşlı gənc bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Döş qəfəsindən üç bıçaq yarası alan S.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq təcili cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatını Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə