Cəlilabad rayonunda mal-qara oğruları saxlanılıb. "Report"un Muğan bürosunun məlumatına görə, saxlanılan şəxslər rayonun Sabirabad kəndində Valeh Babayevə məxsus 8 baş camışı oğurlayıblar.
Rayon polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini İsaxan Sadiqov və Cəlilabad rayon sakinləri - Taleh Fərzəliyev və Səbuhi Abbasov saxlanılıb.
Məlumata görə, onlar oğurladıqları heyvanları Mahmudçalada yerləşən fermaya toplayıb, sonra Bakıdakı ət kombinatlarına göndərirmişlər. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB