Suraxanıda avtomobil qəzasında sürücü diri-diri yanıb

Suraxanıda avtomobil qəzasında sürücü diri-diri yanıb

Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" və "Renault" markalı 2 minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Renault" markalı avtomobilin yanar hissələri yanıb. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin cəsədi aşkarlanıb.

 

Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə