ABŞ-da aviaqəza baş verib

ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Cersi ştatında aviaqəza baş verib. Verilən məlumata görə, "Morristown Memorial" hava limanından havaya qalxan kiçik təyyarə "Lincoln Park" hava limanında eniş zamanı əvvəl bir neçə ağaca, sonra isə yerə çırpılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza nəticəsində təyyarənin pilotu xəsarət alıb. Hadisə zamanı təyyarədə digər şəxslərin olmadığı bildirilir.

 

Təyyarənin markası barədə məlumat verilmir. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə