İsmayıllıda avtomobil qəzası baş verib

İsmayıllı rayonunda avtomobil qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə İsmayıllı-Muğanlı avtomobil yolunda qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən VAZ markalı minik avtomobili qarşı tərəfdən gələn BMW markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü və sərnişinləri xəsarət alıblar. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə