Türkiyədə kütləvi zəhərlənmə baş verib

Türkiyədə kütləvi zəhərlənmə baş verib

Türkiyənin Rizə vilayətindən insanların kütləvi zəhərlənməsi barədə xəbər yayılıb. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Ardeşən rayonunun Armağan kəndində baş verib.

Xəbər verilir ki, toy mərasimində yeməkdən zəhərlənən 115 nəfər xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı tədqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə