Sabirabadda ağır yol qəzası baş verib

Sabirabadda ağır yol qəzası baş verib

İyulun 13-də Sabirabadda ağır yol qəzası baş verib, bir ailənin 2 üzvü ölüb.

SİA xəbər verir ki, hadisə rayonun Qalaqayın kəndi ərazisində qeydə alınıb.

Nərimankənd kənd sakini Vüqar Usubovun idarə etdiyi “BMV” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü və onun bacısı Nuridə Usubova hadisə yerində ölüb. Onların qardaşı Əmrağa Usubov və digər sərnişin Nicat Məmmədov ağır bədən xəsarəti alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə