İtkin düşən 18 yaşlı gənc tapıldı

İtkin düşən 18 yaşlı gənc tapıldı

Lənkəranda itkin düşən 18 yaşlı oğlan tapılıb. SİA xəbər verir ki, rayonun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu dünən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Axundlu “Sədərək” Ticarət mərkəzində tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə