İyulun 12-də saat 20:40 radələrində Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və iki balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz tədbirlərlə hadisə yerinə gəliblər. S.Hənifəzadə və H.Hüseynov vətəndaşların köməyi ilə xilas edilərək sahilə çıxarılıblar.
Faktla bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB