Gəncədə iri gövdəli ağac avtomobillərin üzərinə aşıb

Gəncədə iri gövdəli ağac avtomobillərin üzərinə aşıb

Gəncədə güclü külək iri gövdəli ağacı “Hyundai” markalı atomobilin üzərinə aşırıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə Elmirli Nicata məxsus olan avtomobillə bağlı yaşanıb və onun yaşadığı binanın həyətində qeydə alınıb.

Digər bir hadisə də isə iri gövdəli ağac 1977-ci il təvəllüdlü Zaman Zeynalova məxsus “Mercedes” markalı avtomobilin üzərinə aşıb. Hər iki halda xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Ümumiyyətlə təxminən iki saata yaxındır Gəncə şəhərində güclü külək hökm sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə