“Hundai” aşdı, 1 nəfər yaralandı

“Hundai” aşdı, 1 nəfər yaralandı

Goranboyda “Hundai” markalı avtomobil aşıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə zamanı yaralanan 1996-cı il təvəllüdlü Fərhadov Sənan Mahir oğlu Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirilib.

Travmatalogiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır. İlkin məlumatlara görə, qəzaya səbəb avtomobilin şinlərində yaranan nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə