Qaynata gəlnini öldürdü

Goranboy rayonunda qətl hadisəsi qeydə alınıb. SIA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Qasım Məmmədov gəlini Samirə Məmmədovanı amansızcasına qətlə yetirib. İlkin məlumatlara görə, hadisəyə səbəb qısqanclıq olub. Qaynata gəlnini qısqanıb və ona 5 bıçaq zərbəsi endirib. Nəticədə sonuncu hadisə yerindəcə keçinib.

Hadisə yerinə Goranboy rayon Prokurorluğunun rəsmiləri cəlb olunub. Qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi açılıb,araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə