Goranboyda bir uşaq anası qayınatası tərəfindən bıçaqlanaraq qətlə yetirilib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisəni törədən 1943-cü il təvəllüdlü Qasım İlyas oğlu İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Qeyd edək ki, S.Məmmədovanın bir qız uşağı var. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB