8 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlandı
Masallı rayonu ərazisində baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
SİA-nın məlumatına görə, bu barədə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib. Onun sözlərinə görə, hadisə bu gün səhər saat 07:00 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verib:
"99-LH-458 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən "KAMAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda faktla bağlı istintaq aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB