Abşeron rayonunda piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub

Abşeron rayonunda piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, insident Bakı-Quba yolunun 20-ci kilometrliyində qeydə alınıb. Belə ki, yolu keçən piyada 1988-ci il təvəllüdlü Hüseynov Rasim Tahir oğlu “Mercedes” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə