Samuxda daha bir qəza, maşın yandı

Samuxda daha bir qəza, maşın yandı

1999-cu il təvəllüdlü Samir Rüstəmovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə, 1993-cü il təvəllüdlü Cahab Aslanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, nəticədə “VAZ 2107 ” markalı avtomobil yanıb.

Hadisə yerinə Samux Dövlət Yanğından Mühafizə İdarəsinin 2 briqadası cəlb edilib. Avtomobil söndürülüb. Xəsarət alan hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə