"BakuBus" MMC-nin avtobusu ilə yük maşını toqquşub

"BakuBus" MMC-nin avtobusu ilə yük maşını toqquşub

Gecə saatlarında Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, "Ford" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə