Qadın əri tərəfindən bıçaqlanıb

Qadın əri tərəfindən bıçaqlanıb

Astarada ər arvadına 5 bıçaq zərbəsi vurub.

SİA xəbər verir ki, hadisə rayonun Kolatan kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyev həyat yoldaşını atası evində bıçaqlayıb.

Döş qəfəsindən bıçaq xəsarətləri alan 1983-cü il təvəllüdlü Elazə Şirməmməd qızı Quliyeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə