Rusiyada mikroavtobusun aşması nəticəsində azərbaycanlılar xəsarət alıb
Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda yol qəzası baş verib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Mercedes-Benz Sprinter" markalı mikroavtobusun sürücüsü döngədə idarəetməni itirib və nəqliyyat vasitəsi çevrilib.
Nəticədə avtobus sürücüsü və altı sərnişin ağır xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Nəqliyyat vasitəsində ümumi 12 nəfərin olduğu bildirilir. Avtobus Moskvadan Azərbaycana gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB