Gəncədə 78 yaşlı qadın döyülüb

Gəncədə 78 yaşlı qadın döyülüb

Gəncə şəhərində yaşlı qadın döyülüb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Avtozavod adlanan ərazisində qeydə alınıb.

1941-ci il təvəllüdlü Sadıqova Tərlan Museyib qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın travmatalogiya şöbəsinə yerləşdirilib. 78 yaşlı qadına bud çanaq oynağının sınığı diaqnozu qoyulub.

İlkin ehtimallara görə, qadını ailə münaqişəsi zəminində gəlini döyüb. Faktı polis araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə