Mehdiabadda qəsəbə sakini bıçaqlanıb

Mehdiabadda qəsəbə sakini bıçaqlanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Rayon polis idarəsindən faktı təsdiqləyiblər. Bildiriblər ki, hadisə zamanı 1957-ci il təvəllüdlü Allahverdiyev Fərhad Musa oğluna naməlum şəxs tərəfindən bıçaqla bir neçə dəfə xəsarət yetirilib. O, 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu qoyulub. O, dərhal əməliyyat edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə