Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə ikisi uşaq olmaqla bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB