Bakıda iki avtomobil toqquşub

Bakıda yol qəzası baş verib. "Report" xəbər verir ki, iki avtomobil toqquşub. Nəticədə 1995-ci il təvəllüdlü Sovqat Mütəllim oğlu Nəsrullayev xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qarının küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə