Keçmiş məhkumdan marixuana tapıldı

Keçmiş məhkumdan marixuana tapıldı

Ağcabədidə keçmiş məhkumda 6 kq-dan artıq marixuana aşkarlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş V.Baxşəliyevin evindən 6 kiloqram 807 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə