Ev sahibi evinə oğurluğa girən şəxsi iş başında yaxalayıb

Ev sahibi evinə oğurluğa girən şəxsi iş başında yaxalayıb

Zabratda evə oğurluğa girən şəxs elə ev sahibi tərəfindən tutulub. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən xəbərə görə, fevralın 10-da 2-ci Zabrat qəsəbə sakini Fariz Qafarov DİN-in "102" Xidmətinə zəng edərək evinə girmiş naməlum şəxsi saxlaması barədə məlumat verib.

 

Dərhal hadisə yerinə DİN-in Çevik Polis Alayının əməkdaşları gəlib. Oğurluğa cəhd göstərən 2-ci Zabrat qəsəbəsi ərazisindəki evlərdən birində kirayədə yaşayan, Şəmkir rayon sakini Rasim Hüseynov Sabunçu RPİ-yə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə