Azərbaycan Dövlət İqtisad Universitetində yanğın olub FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində yanğın olub FOTO

Bakıda universitet binasında yanğın olub. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə